
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi və nəqliyyat vasitələri olub. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir.
Bakının Sabunçu rayonunda yerləşən həmin əmlakın ümumi faydalı sahəsi 3 min kv.m-ə yaxın, torpaq sahəsi isə 60 min kv.m dən çoxdur. Qeyd edilməlidir ki, obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib. Hərracda da özəlləşən nəqliyyat vasitəsi Rusiya istehsalı olan "QAZ-3307" markalı avtomobil olub.
Tətbiqimizi yükləyə bilərsiniz