Şamaxıda 4 yaşlı uşağı avtomobil vurdu


Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub. Hadisə şəhərin Nazim Hikmət küçəsində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü Etibarlı Hüseyn Nemət oğlu küçədə oynayarkən onu avtomobil vurub. Ağır xəsarət almış uşaq xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olduğundan H. Etibarlı daha sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top