
2017-ci il dekabr ayına olan məlumata görə, dünyada 262 jurnalist həbsdədir.
“Yeniavaz.com” “BBC Türkcə”yə istinadən xəbər verir ki, bu məlumatı Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitə (CPJ) açıqlayıb.
Komitənin hər il açıqladığı hesabatda ən çox jurnalistin həbsdə olduğu ölkələr sıra ilə - Türkiyə, Çin və Misirdi.
Keçən illə müqayisədə Türkiyədə həbsdə olan jurnalistlərin sayı 8 nəfər azalaraq, 73-ə enib.
Komitənin hesabatında qeyd olunur ki, “səhv xəbər”ə görə, tutulan jurnalistlərin sayı bu il rekord həddə - 21 nəfərə çatıb.
Həmçinin hesabatda deyilir ki, Çində həbs edilmiş jurnalistlərin sayı 38-dən 41 nəfərə çatıb.
Misirdə keçən il 25 nəfər jurnalist həbsdə idi, 2017-ci ilin dekabr ayında isə bu rəqəm 21 olub.
Ən çox jurnalistin həbsdə olduğu 8 ölkə:
-
Türkiyə -73
-
Çin - 41
-
Misir - 21
-
Eritreya - 15
-
Vyetnam - 11
-
Azərbaycan - 10
-
Uqanda - 8
-
Suriya - 6

Tətbiqimizi yükləyə bilərsiniz