
2017-ci il Rusiyada ən çox türk, alman, fransız, ukraynalı və çinli yüksək ixtisaslı mütəxəsssislərə işləmə icazəsi verilib. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən deyiblər. Bildirilir ki, bu ilin 9 ayında əcnəbi yüksək ixtisaslı mütəxəssislərə ümumilikdə 20 400 işləmə icazə verilib. Türk mütəxəssisləri bu sahədə birinci yerdə qərarlaşıblar.
Tətbiqimizi yükləyə bilərsiniz