Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldova Rusiyadakı səfiri Andrey Nequtsanı məsləhətləşmələr üçün geri çağırıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Moldovanın Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyindən deyiblər. Səfirin geri çağırılmasına səbəb kimi Rusiya orqanlarının Moldovanın rəsmi şəxslərini və siyasi xadimlərini təqib etməsi və qorxutması, bu cür halların son vaxtlar fəallaşması və Moldova hakimiyyətinin belə hallarla əlaqədar çoxsaylı rəsmi müraciətlərinə reaksiyanın verilməməsi göstərilir. Səfirin qeyri-müəyyən müddətə geri çağırıldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top