Türkiyədə sui-qəsd törətmək istəyən “tənha canavar” tutulub

Türkiyədə yüksək vəzifəli dövlət məmurlarına qarşı sui-qəsd hazırlığında olan İŞİD terrorçusu saxlanılıb.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, polis “tənha canavar” adı verdiyi şübhəlidən Avropada yerləşən baş konsulluq, konsulluqlar və bir bankın müxtəlif şöbələrinin ünvanlarının olduğu xəritə tapıb.

Şübhəlinin həmin ünvanlarda terror aktı törətməyi planlaşdırdığı iddia edilir.

O, İstanbulda İŞİD-ə qarşı keçirilmiş xüsusi əməliyyat zamanı ələ keçirilib.

Noyabrın 25-də keçirilmiş əməliyyatda saxlanılan suriyalı terrorçunun qanunsuz yollarla xaricə qaçmağı planlaşdırdığı, qaça bilməyəcəyi təqdirdə yüksək vəzifəli dövlət məmurlarına qarşı hücum hazırlığında olduğu müəyyən edilib.

Polis şübhəlinin qanunsuz yollarla Türkiyəyə gəldiyini üzə çıxarıb. Məhkəmə suriyalı terrorçunun həbs edilməsinə qərar verib və o, həbsxanaya salınıb.

DİGƏR XƏBƏRLƏR

Top