Dünyanın ən bahalı evini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi alıbmış - FOTOLAR

Dünyanın ən bahalı evini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın satın aldığı ortaya çıxıb.

“Yeniavaz.com”un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, söhbət Fransanın paytaxtı Parisdə 2015-ci ildə 301 milyon dollara satılan və dünyanın ən bahalı evi olan “The Chateau Louis XIV” qəsrindən gedir.

Bu evi satın almış baş ofisləri Fransa və Lüksemburqda yerləşən şirkətlərin şahzadə M. ibn Salmanın vəqfi tərəfindən nəzarət olunan “Eight” sərmayə şirkətə aid olduğu üzə çıxıb. Onun fransız qəsrinə 2015-ci ildə 300 milyon dollar ödədiyi müəyyənləşib.

“Forbes” jurnalının məlumatına görə, dünyanın ən bahalı evi olan “Chateau Louis XIV” Versal sarayı yaxınlığındakı qəsəbədə yerləşir. Qəsrdə 3 min butulkanın olduğu şərab anbarı, kinoteatr, açıq və qapalı hovuz, iki rəqs zalı, bir gecə klubu, kitabxana və akvarium otağı var.

DİGƏR XƏBƏRLƏR

Top