Avropanın ən yaşlı sakini vəfat etdi

2017-ci ilin aprelində Avropanın ən yaşlı sakini qəbul edilmiş İspaniya vətəndaşı Ana Vela 117 yaşında vəfat edib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, 1901-ci il oktyabrın 29-da Puente-Henildə anadan olmuş qadın Barselonada qocalar evində dünyasını dəyişib.

O, həyatı boyunca dərzi və ərzaq mağazasının direktoru işləyib, dörd övladını tərbiyə edib.

Bu ilin aprelində 117 yaşlı italiyalı Emma Morano vəfat edikdən sonra A. Vela Avropanın ən yaşlı sakini oldu.

DİGƏR XƏBƏRLƏR

Top