
Yola salmağa hazırlaşdığımız 2017-ci il bir çox hadisələrlə yadda qaldı. İşdən çıxarılanlar da oldu, yeni vəzifəyə təyinat alanlar da, qəfil məşhurlaşanlar da. Bu il həm məmurlar, həm də müğənnilər arasında övladlarını evləndirən, özü ailə quranlar da az olmadı. "Yeniavaz.com" bu il evində "Vağzalı" çalınan məşhurlardan bəzilərini təqdim edir.
- AzTV rəhbəri Arif Alışanov ötən gün oğlunu evləndirdi. Mütəllim Alışanov və Mədinə adlı xanımın toy mərasimi "Buta Sarayı"nda baş tutub.
- Bu ilin sentyabrında elə həmin sarayda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi olub. Seymurun qaynatası Fazil Ələkbərov Vasif Talıbovun xalası oğludur. Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanmışdılar.
- Bu il Səhiyyə naziri Oqtay Şirəliyev də oğluna toy edib. Toy "Bilgah Beach Hotel"də baş tutub. Mərasimdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva da qonaq kimi iştirak ediblər. Toyda səhiyyə işçiləri və yüksək vəzifəli məmurlar, nazirlər də iştirak edib.
- 2017-ci ilin ən səs-küylü toyu Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın dəbdəbəli toyu oldu. Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi müzakirələrə səbəb olmuşdu.
- Bu il "Azərenerji" prezidenti Etibar Pirverdiyevin ailəsində toy oldu. Onun qızı ailə qurdu.
- Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayevin də ailəsində "Vağzalı" çalındı. O, qızını ərə verdi.
- Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev oğluna toy etdi.
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov oğlunu evləndirdi. Onun oğlu İdrak Məmmədov Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədovun qızı ilə ailə həyatı qurdu.
- Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov bu il qızına toy etdi. Onun qızı Mila Əsgərova əcnəbi kişi ilə ailə qurdu. Bəy ingilis əsilli Robert Nortondur. Toy mərasimi Bakıda keçirildi.
- Bu il evində "Vağzalı" çalınan məmurlardan biri də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov oldu. İcra başçısının qızı gəlin köçdü.
- Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Kamal Axundov oğlunu evləndirdi. Onun oğlu Pərviz Axundov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qızı ilə ailə həyatı qurdu.
- Bu il ailəsində şad gün yaşananlardan biri də bugünlərdə işdən çıxarılan vergilər naziri Fazil Məmmədov oldu. Fazil Məmmədov avqustun ayının 11-də qızına toy edib. Nazirin qızı Selcanxatun Əbdül adlı şəxslə ailə həyatı qurub. Kürəkənin Londonda yaşadığı və bizneslə məşğul olduğu bildirilir.
- Bu il ailə həyatı quranlardan biri də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi oldu. Nail Allahverdiyev hazırda həbsdədir.
- Cari ildə qızının ailə qurma sevincini yaşayan məmurlardan biri də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev oldu. Onun qızı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ailə həyatı qurub.
- Bu il müğənnilərdən isə Manaf Ağayevin evində "Vağzalı" səsləndi. Müğənni oğluna toy etdi.
- 2017-ci ildə evlənən məşhurlardan biri də müğənni Xəyyam Nisanov oldu. Sənətçinin toy məclisi "Buta palace"da keçirildi. Xəyyam Nərmin adlı xanımla evləndi.
- Bu il ailə quran müğənnilərdən biri də Natavan Həbibi oldu. Lakin son günlər müğənninin boşanma xəbərləri yayılıb.
- Müğənni Mənzurə Musayevanın da evində "Vağzalı" çalındı. O, övladlığa götürdüyü qardaşı qızını ərə verdi.
- Bu il məşhur aparıcı-aktyor İlkin Həsəninin toyu oldu. İlkin ATV-nin əməkdaşı olan Aysel xanımla evlənib. Cütlük ötən ilin aprel ayında nişanlanmışdı.
Hazırladı: Nicat
Tətbiqimizi yükləyə bilərsiniz