
Fələstin və İordaniya vətəndaşı olan "Ərəb Bankı"nın sədri Sabih əl-Masri Ər-Riyad səfəri zamanı saxlanılıb.
"Yeniavaz.com"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, Ər-Riyada işçi iclasına gedən S. əl-Masri saxlandıqdan sonra iki nəfərə telefonla zəng edib.
Həmin şəxslərdən birinin biznes şəriki, digərinin isə bankın İdarə heyətinin üzvlərindən biri olduğu deyilir.
S.əl-Masri ABŞ-ın Qüds qərarını tənqid etmişdi, İordaniya isə ən sərt etiraz edən ölkələrdən biri olmuşdu.
İordaniya iqtisadiyyatı üzərində böyük təsiri olan S. əl-Masrinin saxlanılmasının səbəbinin açıqlanmaması Səudiyyə Ərəbistanının İordaniyaya yeni üsulla dərs verdiyi və intiqam alması üçün bu qərarı aldığı bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz