Yaponiya müdafiəyə rekord məbləğ xərcləyəcək

Şimali Koreya tərəfindən artan təhdid fonunda Yaponiya növbəti maliyyə ilində müdafiəyə 5,19 trilyon yen (46,1 milyard dollar) ayıracaq.

"Yeniavaz.com"un "Rosbalt" agentliyinə istinadən verdiyi məlumata görə, söhbət rekord məbləğdən gedir.

Bu rəqəm ötən ilin məbləğini 70 milyard yen (624 milyon dollar) üstələyir.

Bu məbləğ artıq ardıcıl altı ildir artır.

Yaponiya hakimiyyəti vəsaitin böyük qismini Şimali Koreya tərəfindən mümkün hücumlardan qorunmaq üçün silahların alınmasına ayırmağı planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top