
Bu ilin ilk 9 ayı ərzində Gürcüstanda orta aylıq nominal əməkhaqqı 1069,1 lari təşkil edib. Yeniavaz.com Gürcüstanın Milli Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, mövcud məzənnə ilə (1 dollar/2,5 lari) hesablandığı zaman bu göstərici 427,6 dollara bərabər olur.
Ermənistan Milli Statistika Xidmətinin bu ilin ilk 10 ayı üçün açıqladığı məlumatda isə qeyd olunur ki, bu ölkədə orta aylıq nominal əməkhaqqı 190 min 165 dram təşkil edib. Mövcud məzənnə ilə (1 dollar/484 dram) hesablandığı zaman bu göstərici 393 dollara bərabər olur.
Azərbaycan Dövlət Statistika Komitəsinin bu ilin ilk 10 ayının nəticələrini əks etdirən sonuncu statistik göstəricilərində isə qeyd olunur ki, bu ilin ilk 10 ayı ərzində ölkədə orta aylıq nominal əməkhaqqı 525,4 manat təşkil edib. Mövcud məzənnə ilə (1 dollar/1,7 manat) hesablandığı zaman bu göstərici 309 dollara bərabər olur.
Tətbiqimizi yükləyə bilərsiniz