Qəzza zolağında baş verən toqquşmalarda 2 fələstinli ölüb, 263-ü xəsarət alıb

Bu gün Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail ordusu ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb, 263-ü nəfər xəsarət alıb. Bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildirib. “Bu gün iğtişaşlarda iki fələstinli ölüb”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib. Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 263 fələstinli yaralanıb, onlardan 13-ü güllə yarası alıb. apa

DİGƏR XƏBƏRLƏR

Top