
NATO Rusiyanın arsenalında beynəlxalq müqavilələrlə qadağan edilmiş raket komplekslərinin olduğunu təsbit edib. "Yeniavaz.com"un "Rosbalt" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun saytında məlumat verilir. Alyans bundan ciddi narahatdır və Moskvanı orta və kiçik mənzilli raketlərin məhv edilməsi haqqında müqaviləyə əməl etməyə çağırıb. NATO rəhbərliyi, həmçinin Rusiyanı bu bəyanata reaksiya verməyə və texniki məsələlər üzrə ABŞ-la fəal dialoq aparmağa çağırıb.
Tətbiqimizi yükləyə bilərsiniz