
Rusiya Prezidenti Vladimir Putinin adını daşıyan "PutinCoin" virtual valyutasanın məzənnəsi bu gün 126 faiz bahalaşaraq 0,04 dollara çatıb. "Yeniavaz.com"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, artım "YoBit" kriptovalyuta birjasında qeydə alınıb. Bildirilir ki, "PutinCoin" kriptovalyuta birjasında ən çox bahalaşan virtual valyutalardan biri olub. Valyutanın bazar dəyəri 7 milyon dollardan çoxdur. "PutinCoin" Rusiya xalqına və V. Putinə ithaf edilərək yaradılan virtual valyutadır. Buna baxmayaraq, Rusiya rəsmiləri virtual pulu rəsmi olaraq tanımayacaqlarını bildiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz