Rusiya dünyanı internetsiz qoya bilər

Rusiya qlobal kommunikasiya xətlərinə və dəniz altından keçən internet kabellərinə qarşı təhdid törədə bilər. "Yeniavaz.com"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu İngiltərənin Baş Qərargah rəisi Stüart Piç deyib. Onun sözlərinə görə, kommunikasiya xətlərinin qorunması İngiltərə və NATO-nun prioriteti olmalıdır. S. Piç qeyd edib ki, əgər sualtı kabellər kəsilərsə və ya zərər görərsə, iqtisadiyyat dərhal və potensial olaraq fəlakətə səbəb ola biləcək şəkildə zərbə ala bilər. O diqqətə çatdırıb ki, Rusiya adi və atom sualtı qayıqlarını və gəmilərini modernləşdirir. Qeyd edək ki, sualtı kabel şəbəkəsi 213 müstəqil kabel sistemindən ibarətdir. Kabellərin uzunluğu 877 121 kilometrdir. Kabellər rəsmi olaraq heç bir ölkəyə aid olmadığına görə beynəlxalq hüquqda güclü qorunmur. Buna baxmayaraq, qlobal kommunikasiyanın 97 faizi və gündəlik 10 trilyon dollar dəyərində maliyyə əməliyyatları sualtı kabellər vasitəsilə həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top