Bütün dövrlərin ən zəngin idmançıların reytinqi hazırlanıb

ABŞ-ın "Forbes" jurnalı tarixdə ən yüksək ödənişli idmançıların siyahısını tərtib edib. "Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, 10 nəfərlik siyahıya amerikalı basketbolçu Maykl Cordan başçılıq edir. Karyerasını 2003-cü ildə başa vurmuş M. Cordanın gəliri 1,85 milyard dollar məbləğində qiymətləndirilir. İkinci və üçüncü yerləri müvafiq olaraq qolfçular Tayger Vuds (1,7 milyard dollar) və Arnold Palmer (1,4 milyard dollar) tuturlar. Onluğa, həmçinin qolfçu Cek Niklaus (1,2 milyard dollar), "Formula1" pilotu Mihael Şumaxer (1 milyard dollar), qolfçu Fil Mikelson (815 milyon dollar), basketbolçu Kobi Brayant (800 milyon dollar), futbolçu Devid Bekhem (800 milyon dollar), boksçu kiçik Floyd Meyuezer (785 milyon dollar) və basketbolçu Şakil O'Nil (735 milyon dollar) daxil olublar.

DİGƏR XƏBƏRLƏR

Top