
Xırdalanda 17 mərtəbəli binada başlayan yanğın söndürülüb. Yanğınsöndürənlərin hadisə yerinə gəlişindən qısa zaman sonra yanğın nəzarət altına alınıb. 25 nəfər təxliyə olunub. FHN-nin briqada rəisi, polkovnik-leytenant Səbuhi Hüseynov bildirib ki, hadisə zamanı xəsarət alan yoxdur. Təxliyə olunan sakinlərə təcili yardım briqadası ilkin yardım göstərir.Qaynarinfo.az
Xırdalan
Tətbiqimizi yükləyə bilərsiniz