
Rusiyanın “Zvezda” telekanalında yayımlanan siyasi tok-şou zamanı azərbaycanlı jurnalist Fuad Abbasov ermənistanlı ekspert Sarkis Tsaturyanla əlbəyaxa olub. Bu barədə Fuad Abbasov öz sosial şəbəkə hesabında paylaşım edib. Tok-şouda müzakirə mövzusu isə Türkiyə-Rusiya münasibətləri olub. Türkiyə ilə bağlı səslənən təhqiramiz fikirlərə sərt reaksiya verən Fuad Abbasov Tsaturyanla üz-üzə gəlib. Oxu.az
Rusiya
Tətbiqimizi yükləyə bilərsiniz