Mingəçevirdə bərbərin öldürüldüyü bərbərxana 1 ay sonra qarət olunub

Mingəçevirdə bərbərxana və çay evi qarət edilib. Hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Obyektlərə girən şəxs və ya şəxslər oradan kompüter, televizor, bərbər vasitələri və digər məişət avadanlıqları aparıblar. "Qəhrəman"lar yaxınlıqda yerləşən mağazaya girməyə cəhd etsələr də, bu planları baş tutmayıb.

Xatırladaq ki, qarət olunan kişi salonunda çalışan bərbər təxminən 2 ay öncə qətlə yetirilib. Həmin obyektin qapıları istintaq gedişi ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən möhürlənib. Faktla bağlı araşdırmalar davam etdirlir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top