Dünyada ən çox ət yeyənlər hansı millətlərdir?

Böyük Britaniyanın "The Daily Telegraph" qəzeti dünya ət istehlakı xəritəsini hazırlayıb. Dünyada adambaşına ən çox ət istehlak edilən ölkə ABŞ-dır - bu ölkədə il ərzində hər insan orta hesabla 120,2 kq ət yeyir. Qeyd edək ki, araşdırma 88 ölkə üzrə aparılıb.

TOP-5-də Küveyt (illik adambaşına 119,2 kq), Avstraliya (111,5 kq), Baham adaları (109,5 kq) və Lüksemburq (107,0 kq) yer alıb.

Ən az ət istehlak edən ölkə isə Banqladeşdir (4 kq). Qeyd edək ki, Rusiya adambaşına illik 62,9 kq (28-ci yer), Ukraynada 48,5 kq (38-ci yer), Azərbaycanda isə 32 kq (52-ci yer) ət istehlak olunur. Gürcüstan bu reytinqin 62-ci (25,5 kq), Türkiyə isə 63-cü pilləsində (25,3 kq) qərarlaşıb. Report

DİGƏR XƏBƏRLƏR

Top