ABŞ Türkiyənin “S-400” kompleksləri ilə bağlı qərarından narahatdır

ABŞ Türkiyənin Rusiyadan S-400 raket komplekslərinin alması ilə bağlı qərarından narahatlığını bildirməkdə davam edir.

Bu barədə ABŞ Dövlət Katibinin Avropa və Avrasiya üzrə köməkçisi Vess Miçel bəyan edib.

“Biz Türkiyə ilə müttəfiq olaraq işləməyə davam edirik və S-400 də daxil olmaqla, bir çox sahələrlə bağlı narahatlıqlarımızı ifadə etməkdə davam edirik”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqların yekunlarına dair bildirmişdi ki, Ankara cari həftə ərzində Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair məsələni həll edəcək. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top