Keniyada zəncirvari qəza: 32 ölü

Keniyada sürət həddini aşan nəqliyyat vasitəsi zəncirvari qəza törədib.

"Yeniavaz.com"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində 32 nəfər həlak olub.

Milli Nəqliyyat və Təhlükəsizlik İdarəsinin əməkdaşlarından qaçan sürücü idarəetməni itirərək qarşıdan gələn avtomobillərlə toqquşub.

Qəzada azı 15 nəqliyyat vasitəsi iştirak edib. Ölənlərin çoxu uşaq və qadındır.

DİGƏR XƏBƏRLƏR

Top