Xarici ticarətdə 4,7 milyard dollarlıq müsbət sado yaranıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 20 milyard 291 milyon 683,4 min dollar olub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən 26,5% və ya 4 milyard 260 milyon dollar artıb. İdxal əməliyyatları üzrə 7 milyard 790 milyon 703,5 min dollar, ixrac əməliyyatları üzrə 12 milyard 500 milyon 979,9 min dollar ticarət həcmi qeydə alınıb. 2017-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsində 4 milyard 710 milyon dollarlıq müsbət saldo yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top