Qətər İngiltərədən 24 qırıcı təyyarə alır

Qətər İngiltərədən 24 ədəd “Eurofighter Typhoom” tipli qrıcı təyyarəsi alınmasına dair saziş imzalayıb. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, saziş Qətərin müdafiə naziri Xəlid ibn Məhəmməd əl-Atiyyə və onun britaniyalı həmkarı Qevin Uilyamson arasında Dohada imzalanıb. Tərəflər birgə əməliyyat donanması qurulmasına da dair saziş bağlayıblar. Bildirilir ki, birgə əməliyyat donanması regionda ilkdir və bu, iki ölkənin silahlı qüvvələri arasında gələcəkdə həyata keçiriləcək əməkdaşlığın əsasını təşkil edir. Donanma iki ölkənin pilot və texniki işçilərini hər an müharibəyə hazır olmalarını təmin edəcək. Sazişin dəyəri barədə rəsmi açıqlama verilməsə də, İngiltərə qaynaqlarına görə, saziş təxminən 8 milyard dollar dəyərindədir. Xatırladaq ki, Qətər ötən həftə Fransadan ümumilikdə 6,6 milyard avro dəyərində 12 ədəd “Rafale” qırıcı təyyarəsi və 50 ədəd “Airbus” təyyarəsi alınmasına dair saziş imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top