
Səudiyyə Ərəbistanı kinoteatr qadağasını ləğv edir. "Yeniavaz.com"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, 2018-ci ilin əvvəlində ölkədə ilk kinoteatrlar açılmağa başlanılacaq. Mədəniyyət Nazirliyindən bildiriblər ki, 35 ildən artıq müddətdən sonra 2018-ci ilin martında kommersiya kinoteatrları fəaliyyət göstərəcək: "Bu məqsədlə kinoteatrlara lisenziya veriləcək". Xatırladaq ki, 1970-ci illərdə ölkədə xeyli sayda kinoteatr fəaliyyət göstərib. Lakin 1980-ci illərdə Səudiyyə Ərəbistanında mühafizəkarlığın güclənməsi ilə bütün kinoteatrlar bağlanıb. Ölkə sakinləri filmlərə peyk, DVD və ya sosial şəbəkələr vasitəsilə baxa bilirlər.
Tətbiqimizi yükləyə bilərsiniz