
"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasında 17 yaşlı gənc relsin üzərinə yıxılıb.
Bu barədə “Report”a QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib.
N.Paşayev qeyd edib ki, 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relsin üzərinə yıxılıb: “O, hər hansı xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlayıb”.
***09:28
Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında səhər saatlarında qorxunc hadisə qeydə alınıb.
Təxminən 23-24 yaşlarında gənc oğlan özünü platformaya daxil olan qatarın altına atıb. Lakin səlahiyyətlilərin ayıq-sayıqlığı faciəvi ölümün qarşısını alıb.
Polislər intihara cəhd edən gəncin ifadəsini alırlar. Milli.az
Tətbiqimizi yükləyə bilərsiniz