Fələstinin prezidenti Mayk Penslə görüşmək istəmədi

Fələstinin prezidenti Mahmud Abbas ABŞ-ın vitse-prezidenti Mayk Penslə regiona səfəri zamanı görüşməkdən imtina edib.

Bu barədə Fələstinin XİN rəhbəri Riyad Əl-Maliki xəbər verib.

“Biz, iki dövlətin nəticə əldə etməsinə kömək edə biləcək yeni vasitəçini ərəb qardaşlarımızın və beynəlxalq ictimaiyyətin arasında axtarmaq niyyətindəyik”, - deyə Əl-Maliki bildirib.

Qeyd edək ki, Fələstin ABŞ-la danışıqlardan Donald Trampın ölkə səfirliyini Qüdsə körürməklə bağlı sərəncamından sonra imtina edib. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top