Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb - VİDEO


Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb. Rayon sakini Nəriman Şahid oğlu İsayev ona məxsus “VAZ 21 064” markalı, 62 BF 068 dövlət nömrə nişanlı minik avtomobilinin oğurlanması barədə Zaqatala rayon polis şöbəsinə müraciət edib. Aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində Nəriman İsayevə məxsus maşını dekabrın 7-dən 8-ə keçən gecə elə onun həmyerlisi Elnur Məmməd oğlu Novruzovun qaçırması məlum olub. Tədbir nəticəsində Elnur Novruzov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.ARB TV

Zaqatala

DİGƏR XƏBƏRLƏR

Top