İraqda müharibə başa çatdı

Suriya ilə bütün sərhəd nəzarət altına alındıqdan sonra İraqda İŞİD terror qruplaşmasına qarşı müharibə qələbə ilə başa çatıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə bunu, İraqın Baş naziri Heydər əl-Abadi deyib. Onun sözlərinə görə, düşmən sivilizasiyanı məhv etməyə gəlmişdi: "Lakin İraq birliyi və qətiyyəti sayəsində terrorçuları qısa müddət ərzində məğlub edərək qələbə qazandı". Xatırladaq ki, İŞİD 2014-cü ildə İraqın ikinci ən böyük şəhəri Mosul daxil olmaqla ölkənin bir çox rayonunu tutmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top