
İraq hökumət qüvvələri ölkənin Suriya ilə sərhədi üzərində nəzarəti tam bərpa edərək oradan İŞİD terror qruplaşmasının silahlılarını çıxarıblar. "Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, İraq-Suriya sərhədi üzərində nəzarətin bərpa edilməsi əməliyyatında Haşdi Şaabi qüvvələri də iştirak edib. Bu əməliyyatdan sonra İraqda İŞİD terrorçularının tam məhv edilməsinin elan ediləcəyi gözlənilir. Xatırladaq ki, İŞİD 2014-cü ilin yayında İraqda geniş miqyaslı ekspansiyaya başlamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz