
ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın siyasəti nəticəsində Rusiya və İran Suriyaya girdi. "Yeniavaz.com"un "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, vəzifəyə gələndə bütün dünya üzrə problemlər miras buraxılmışdı: "Amerika uzun illər ərzində zəiflik nümayiş etdirib və "qırmızı xətti" keçməyib. Əgər biz "qırmızı xətti" keçsəydik Rusiya və İran Suriyaya gəlməzdi". D. Tramp qeyd edib ki, ABŞ Administrasiyası Amerika adına üzr istəməyi dayandırıb və Birləşmiş Ştatların nüfuzunu qorumağa başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz