Bu il Türkiyəyə 500 mindən çox azərbaycanlı səfər edib

Bu ilin ilk 10 ayı ərzində Türkiyəyə səfər edən əcnəbilərin sayı 29 milyondan çox olub. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında ölkənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən açıqlanıb. Verilən məlumatlarda göstərilir ki, 2017-ci ilin ilk 10 ayında Türkiyəni Rusiya, Çin, Almaniya, İrlandiya, Cənubi Koreya və Yaponiya başda olmaqla 100-dən çox ölkədən 29 milyon 53 min 450 xarici turist ziyarət edib. Ölkəyə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28% artıb.

Türkiyəyə ən çox ziyarətçi Rusiyadan gəlib. Hesabat dövründə Türkiyəyə Rusiyadan 4 milyon 565 min, Almaniyadan 3 milyon 336 min, İrandan 2 milyon 118 min, Gürcüstandan 2 milyon 72 min, İngiltərədən 1 milyon 576,8 min turist səfər edib.

Bunlardan başqa Bolqarıstandan 1 milyon 541 min, Ukraynadan 1 milyon 212,6 min turist Türkiyəni ziyarət edib. Azərbaycan, İraq, Səudiyyə Ərəbistanı, Fransa, Hollandiya, Yunanıstandan isə 500 mindən çox ziyarətçi qardaş ölkəyə səfər edib.

Türkiyəyə səfər edən turistlərin 9 milyon 255 min nəfəri Antalyaya, 9 milyon 8,6 min nəfəri isə İstanbula gedib.

Eyni zamanda ilk 10 ay ərzində Ədirnəyə 2 milyon 703,6 min, Artvinə 2 milyon 285 min, Muğlaya 1 milyon 973 min, İzmirə 722,6 min, Ağrıya 458,7 min, Ankaraya 429 min, Vana isə 362,9 min ziyarətçi səfər edib.

DİGƏR XƏBƏRLƏR

Top