Həbs olunan Saakaşvili tərəfdaşlarını etiraz aksiyasına çağırıb

Kiyevdə həbs olunan Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili tərəfdarlarını bazar günü, 10 dekabrda etiraz aksiyasına çıxmağa səsləyib.

Bu barədə onun vəkili Ruslan Çernolutski məlum verib.

Onun sözlərinə görə, Saakaşvili bəyanatında vurğulayıb ki, hakimiyət ona qarşı yalnış ittiham irəli sürərək həbs edib və məqsəd fəalları qorxutmaqdır.

"Heç nədən qorxmayın, bazar günü keçiriləcək "İmpiçment lehinə" aksiyaya qoşulun", - siyasətçinin bəyanatında deyilir. Report

DİGƏR XƏBƏRLƏR

Top