“Ayla” filmində bəhs edilən Koreya veteranı vəfat edib - VİDEO

Həyat hekayəsi “Ayla” filmində bəhs edilən Koreya müharibəsi veteranı Süleyman Dilbirliği müalicə aldığı xəstəxanada vəfat etdikdən bir gün sonra onun həyat yoldaşı Nimet Dilbirliği də dünyasını dəyişib.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, ər və arvad müvafiq olaraq 91 və 85 yaşlarında həyatla vidalaşıblar.

Tənəffüs və böyrək çatışmazlığından vəfat edən S. Dilbirliği koreyalı Eunja Kimin (Ayla) mənəvi atası olub. Koreya veteranı noyabrın 12-dən xəstəxanada müalicə alırdı.

S. Dilbirliği BMT-nin yardım çağırışı ilə Türkiyənin 1950-ci il oktyabrın 17-də general Tahsin Yazıcının komandanlığı ilə Koreya yarımadasına göndərdiyi 5090 nəfərlik briqadadakı hərbçilərdən biri olub. O, müharibə dövründə anası və atası öldürülmüş koreyalı qız uşağını ölümdən xilas edib və uşağa 15 ay ərzində öz övladı kimi baxıb. S. Dilbirliği sahib çıxdığı 5 yaşlı qıza Ayla adını verib. Türkiyəyə qayıtmaq məcburiyyətində qalan S. Dilbirliği uzun müddət Ayladan xəbər almayıb. Ayla adını verdiyi qızı 60 ildən sonra görüb. Bu hekayə isə “Ayla” filminin mövzusunu təşkil edib.

Eunja Kim mənəvi atasına müalicə aldığı xəstəxanada baş çəkib. O, mənəvi atasını görəndə göz yaşlarına qərq olmuşdu. Eunja Kim S. Dilbirliği barədə danışarkən deyib ki, ömrünü onun həsrətini çəkməklə keçirib: “Ondan ayrı düşdüyüm uzun illərdən sonra yenidən görəndə çox yeni hisslər yaşadım və çox xoşbəxt oldum. Qeyri-adi hisslər keçirdim. 2010-cu ildə qovuşduq və sonra iki-üç dəfə görüşdük, görüşmədiyimiz illər ərzində isə bir-birimizə məktib yazdıq”.

video

VİDEO

DİGƏR XƏBƏRLƏR

Top