
Venesuelada inflyasiya ilk dəfə dördrəqəmli həddə çatıb.
“Yeniavaz.com”un “Republic” onlayn jurnalına istinadən verdiyi məlumata görə, yanvardan dekabradək ölkədə istehlakçı qiymətlər 1369 faiz artıb. Təkcə noyabr ayında qiymətlər 56,7 faiz bahalaşıb. İlin yekunları üzrə Venesuelada inflyasiyanın 2000 faizə çatacağı gözlənilir.
Xatırladaq ki, neftin qiyməti kəskin düşdükdən sonra 2014-cü ilin sonundan etibarən Venesuelada qiymətlərin artımı ilə kritiv vəziyyət yaranıb. Ölkə ilkin ehtiyac məhsullarının, o cümlədən qida və dərman çatışmazlığı ilə üzləşib.
Tətbiqimizi yükləyə bilərsiniz