
“Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsinə dair qərarımla öz vədimi yerinə yetirdim”. Bunu ABŞ prezidenti Donald Tramp şəxsi “Twitter” səhifəsində yazıb. O, özünü ABŞ-ın sabiq dövlət başçıları ilə müqayisə edərək deyib ki, onlardan fərqli olaraq, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə dair vədini yerinə yetirib. Tramp "twit"inin altında ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Corc Buş və Barak Obamanın Qüdsə dair çıxışları olan video da yerləşdirib. APA
Tətbiqimizi yükləyə bilərsiniz