
Ukraynanın ən yeni əməliyyat-taktiki "Qrom” raket sisteminin hazırlanması son mərhələsindədir və il ərzində sınaqdan keçiriləcək. Bu barədə Pavloqrad kimya zavodunun direktoru Leonid Şiman açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni raket sistemi Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə yaxın 3-4 il ərzində təqdim olunacaq. Qeyd edək ki, yeni raket sistemi hədəflərə bir neçə yüz kilometr məsafədə effektiv şəkildə təsir edə bilir və düşmən hava müdafiə sisteminə 96 faiz nüfuz edir. AZƏRTAC
Tətbiqimizi yükləyə bilərsiniz