Biləsuvarda kütləvi dava zamanı 2 polis əməkdaşı xəsarət alıb

Biləsuvar rayonunda kütləvi dava baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, mübahisə edən şəxsləri ayırmaq istəyən 2 post patrul xidmətinin əməkdaşı - rayon sakinləri - 1989-cu il təvəllüdlü Qasid Rəşid oğlu Əsgərov və 1991-ci il təvəllüdlü Daşqın Vəkil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralı polis əməkdaşlarına Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Biləsuvar Rayon Polis Şöbəsindən "Report"un yerli bürosuna isə bildirilib ki, insident zamanı bir polis əməkdaşı xəsarət alıb.report

DİGƏR XƏBƏRLƏR

Top