Dünya Bankı: "Azərbaycanda ayda 300 dollardan az pul xərcləyənlər kasıbdır"

"Azərbaycanda yoxsulluğun səviyyəsi ilə bağlı rəsmi göstərici, ölçmənin etibarlılığı mütəxəssislər arasında həmişə şübhə ilə qarşılanıb. Bu baxımdan Dünya Bankının son təklifi maraqlıdır". Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, bank ekspetləri Avropa, Mərkzi Asiya və Latın Amerikası regionları dövlətlərinə təklif edir ki, əhailini gəlir səviyyəsinə görə 4 qrupa bölsünlər: "Adambaşına gündəlik gəlirləri alıcılıq qabiliyyəti patiteti (AQP) ilə 2,5 dollar olanlar kəskin, 2,5-5 dollar intervalında olanlar mötədil (yumşaq) səviyyədə yoxsulluq şəraitində yaşayanlar isə yoxsulluq şəraitində yaşayanlar kimi təsnifləşdirilməlidir. 3-cü qrup adambaşına gündəlik xərci 5-10 dollar olanlar yoxsulluq riski alıtında olan qrupdur. 4-cü qrup adambaşına gündəlik xərci 10 dollardan yüksək olan şəxslərdir ki, bunlar orta sinif hesab edilməlidi. Məsələn, 4 nəfərlik ailənin aylıq xərci 1200 dollardan çoxdursa, həmin ailə özünü orta sinfə aid edə bilər. Əks halda, ya yoxsulların, ya da yoxsulluq riski altında olanların sırasına düşürsünüz. Ən maraqlı olan budur ki, Dünya Bankının məlumatına görə, Azərbaycan əhalisinin üçdə ikisi "yoxsulluq riski" olan qrupa (2015-ci ilin əvvəlinə olan məlumata görə), Belarusda isə 90%-dən çoxu "orta sinif"ə aiddir (2017-ci ilin yayına olan məlumata görə)".

DİGƏR XƏBƏRLƏR

Top