ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasından və İsraildəki səfirliyin Qüdsə daşınması göstərişi verməsindən sonra Avropa İttifaqının (Aİ) üzvü Çexiya oxşar açıqlama ilə çıxış edib.
“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Çexiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir ki, Çexiya hazırda İsrail və Fələstin arasında sülh sazişinin imzalanmasından əvvəl 1967-ci il sərhədlərini əsas götürərək Qüdsü İsrailin paytaxtı kimi tanıyır.
Həmçinin, bildirilir ki, Çexiya Aİ-nin Xarici Əlaqələr Şurasının qərarlarından sonra digər Aİ dövlətləri ilə birlikdə Qüdsü həm İsrailin, həm də gələcəkdə qurulacaq Fələstin dövlətinin gələcək paytaxtı hesab edir.