
Məhkəməyə işi düşməyən adamların çoxu nə qədər rüsum ödənməli olduğundan xəbərsizdir. Ümumiyyətlə, məhkəməyə müraciət etmədən problemin həll olunması daha yaxşıdır. Amma madəm ki, iş artıq məhkəməlikdir bunun üçün nə qədər pul lazımdır bunu bilmək lazımdır.
Məhkəməyə müraciət etmək üçün dövlət rüsumu nə qədərdir?
Yeniavaz.com-un bu sualına aydınlıq gətirən Vəkil Vamiq Şükürov bildirdi ki, dövlət rüsumu “dövlət rüsumu haqqında qanun”la tənzimlənir: “Müxtəlif iddia ərizələri, müxtəlif qərarlardan şikayət üzrə müxtəlif rüsumlar nəzərdə tutulub. Məsələn, vətəndaş məhkəməyə müraciət edirsə, onun iddia tələbində hər hansı təşkilatdan və ya fiziki şəxsdən 500 manatdan artıq pul tələb edəcəksə burda 30 manat dövlət rüsumu nəzərdə tutulub. Yox onun tələbi 500 manatdan aşağı və qiyməti olmayan və qiyməti olmayan əmlaklarla bağlıdırsa bunun da rüsumu 10 manatdır. Və yaxud da nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdikdə, rüsum 20 manat nəzərdə tutulub. Müqavilələrin ləğvi və ya dəyişdirilməsi ilə bağlı iddia ərizəsində isə rüsum 40 manatdır”.
Əgər vətəndaşın yuxarıda göstərilən rüsumları ödəməyə pulu yoxdursa nə etməlidir?
Vəkil bu sualın cavabında isə bildirdi ki, həmin vətəndaş məhkəməyə müraciət edə bilməyəcək: “Dövlət rüsumu haqqında qanunda məhkəməyə müraciət etmək üçün rüsumlar maddəsindən sonrakı maddədə “rüsumlardan azad olmalar və güzəştlər” var. Burada bir sıra kateqoriya vətəndaşlar rüsumlardan azad olublar. Dövlət şəhid ailələri, müharibə veteranları, birinci qrup əlillər və s. bir sıra az təminatlı insanları nəzərə alıb”.
Vəkil onu da qeyd etdi ki, vətəndaşlar rüsumlarla hüquqi xidmətin göstəilməsinə görə ödənilən xidmət haqqlarını qarışdırırlar: “Bəli, vətəndaş dövlət rüsumu ödəyərək məhkəməyə müraciət edir. Bunun üçün ərizə yazılmalı, məhkəmədə müdafiə olunmalıdır, bu artıq hüquqi xidmətdir. Vəkil də göstərdiyi xidmətə görə müəyyən qədər xidmət haqqı alır. Vətəndaş qanunları bilirsə özü müraciət edib, öz-özünü müdafiə edə bilər”.
Rasim Məmmədli
Tətbiqimizi yükləyə bilərsiniz