
Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü başlayıb.
"Yeniavaz,com" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Tvitter"də yazıb.
“ATƏT-in Minsk Qrupunun həmsədrinin vasitəçiliyi ilə xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə Vyanada görüş keçirir. Substantiv, intensiv və konkret müzakirələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün vacibdir” , -deyə H. Hacıyev qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz