
Dünya miqyasında 1 yaşından kiçik təqribən 17 milyon körpə zəhərli havaya məruz qalır. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə UNICEF-in hesabatında deyilir.
Hesabata əsasən, 17 milyon körpə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən müəyyənləşdirilən hava çirkliliyinin beynəlxalq səviyyəsindən ən azı 6 dəfə yüksək olan bölgələrdə yaşayır.
Zəhərli havaya məruz qalan körpələrin 12,2 milyonu Cənubi Asiyanın hava çirkliliyindən ən çox təsirlənən bölgələrində qalır. Beynəlxalq hava çirkliliyi səviyyəsindən 6 dəfə çoxuna məruz qalan 4,3 milyon balaca isə Şərqi Asiya və Sakit okenı bölgəsində yaşayır.
Udulan zəhərli hava körpələrin beyin inkişafına zərər verə bilər. Onların beyin inkişafı üçün həyatlarının ilk min günü önəmlidir.
Tətbiqimizi yükləyə bilərsiniz