Avropa Parlamentinin üzvü Rusiya xeyrinə casusluqda ittiham edildi

Avropa Parlamentinin (AP) Macarıstandan olan üzvü Bela Kovaç Rusiya xeyrinə casusluqda ittiham edilib.

“Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, Macarıstan prokurorluğu hesab edir ki, o, AP-nin institutlarının işi barədə topladığı məlumatları Rusiyanın xüsusi xidmət orqanlarına ötürüb.

Milliyətçi “Jobbik” partiyasından olan B. Kovaça qarşı ittiham 2014-cü ilin aprelindən aparılan təhqiqatla əlaqədardır. Prokurorlar hesab edirlər ki, B. Kovaç rusiyalı diplomatlarla həddən ziyadə təmas saxlayıb və demək olar hər ay Moskvya gedib. B. Kovaçın özü isə bildirib ki, ittihamlar prokurorluğun fantaziyasının bəhrəsidir.

DİGƏR XƏBƏRLƏR

Top