
Bitkoinin məzənnəsi 10,5 faiz artaraq 13,081 min dollarədək çatıb.
“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bununla bitkoin tarixində ilk dəfə olaraq 13 min dollar həddini keçib.
Bitkoin blokçeyn texnologiyası əsasında eyni adlı kriptovlayutanın desentralizasiya edilmiş sistemidir.
Sistemin istənilən iştirakçısı hesablayıcı qurğunun köməkliyi ilə sistemin yeni bloklarını yaradaraq bitkoini elektron qaydada buraxa bilər.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında dərc edilib.
Tətbiqimizi yükləyə bilərsiniz