İlin ən güclü klub məşqçisinin adı müəyyənləşib

2017-ci ilin ən güclü klub məşqçisinin adı müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi Madrid “Real”ının çalışdırıcısı Zinəddin Zidan olub. Qurumun internet saytında aparılan, jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda əksəriyyət Zidana üstünlük verib. Fransalı mütəxəssis 326 xal toplayıb. O, ən yaxın izləyicisi olan Massimiliano Alleqrini 256 xal qabaqlayıb. Üçüncü yerə isə digər italiyalı məşqçi Antonio Konte layiq görülüb.

1. Zinəddin Zidan (“Real” Madrid) - 326 xal
2. Massimiliano Alleqri (“Yuventus”) - 70
3. Antonio Konte (“Çelsi”) - 66
4. Xosep Quardiola (“Mançester Siti”) - 47
5. Leonardo Yardim (“Monako”) - 46
6. Dieqo Simeone (“Atletiko”) - 33
7. Joze Mourinyo (“Mançester Yunayted”) - 32
8. Maurisio Poçettino (“Tottenham”) – 26
9. Peter Boş (“Ayaks” / “Borussiya” Dortmund) - 18
10-11. Unai Emeri (PSJ) - 13
10-11. Marsello Qallardo (“River Pleyt”) - 13
12. Ralf Hasenhütl (“Leypziq”) - 6
13. Yurgen Klopp (“Liverpul”) - 3
14. Karlo Ançelotti (“Bavariya”) - 2
15. Serjio Konseysao (“Nant” / “Porto”) - 1

Apasport

DİGƏR XƏBƏRLƏR

Top