
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan şəhəri ərazisində su kanalında 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub. ANAMA-dan bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 5-ci məhəllədə su kanalına baxış keçirilib, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilərək, zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.Oxu.az
Tətbiqimizi yükləyə bilərsiniz