“Fresco”dan açıqlma: Marketlərimizdə "Lənkəran bananı" satılmır

3 dekabr 2017-ci il tarixində bəzi KİV-lərdə Nərimanov rayonu Aşıq Alı küçəsində yerləşən “Fresco” supermarketində 7 manat 79 qəpiyə Lənkəran istehsalı olan mini bananların satıldığı barədə məlumat yayılıb. “Fresco” supermarketlər şəbəkəsindən yeniavaz.com-a daxil oan məlumatda isə bildirilir ki, yayılan bu xəbər reallığa uyğun deyil. Marketlər şəbəkəsinin Marketinq və İctimaiyyətlər əlaqələr Departamentindən bildirilir ki, həqiqətən də "Fresco"da 7 manat 79 qəpiyə mini banan satılır: "Lakin bu bananların istehsal vətəni Lənkəran deyil, Cənubi Afrika Respublikasıdır. Bundan əlavə standart ölçülü bananın kilosu isə bu gün 2,49AZN-dir. Həmçinin bildirmək istərdik ki, bazara yeni daxil olan mini bananlar "Meyvəli" bazarda, həmçinin digər supermarket şəbəkələrində satılır. "Fresco" supermarketlər şəbəkəsi meyvə bazarında idxal ilə bağlı bir fəaliyyət göstərmir, müştərilərə ümumi Azərbaycan bazarına daxil olan və hər bir ticarət obyektinin satdığı meyvə və tərəvəz məhsullarını müştərilərinə təqdim edir".

DİGƏR XƏBƏRLƏR

Top