Türkiyə ordusu İraqın şimalında 13 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 13 silahlısını zərərsizləşdirib. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir. Bildirilir ki, terrorçular İraqın Qara, Zap və Avaşin-Basyan bölgələrində həyata keçirilmiş hava hücumları zamanı zərərsizləşdirilib. Hava hücumu dekabrın 2-də həyata keçirilib. Əməliyyat zamanı, həmçinin terrorçuların 4 silah deposu, 3 silahlı nəqliyyat vasitəsi məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top